AZ

1-ci liqanın çempionu cərimələndi

style='margin-bottom:10px;'>

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

QOL.az xəbər verir ki, iclasda Azərbaycan 1-ci liqasının 26-cı turunda baş verən qayda pozuntuları ilə bağlı qərarlar verilib.

“Səbail” – “Şahdağ Qusar” oyununda “Səbail” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün “Səbail” komandası 210 manat cərimə edilib.

“Səbail” – “Şahdağ Qusar” oyununda “Şahdağ Qusar” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Şahdağ Qusar” komandası 210 manat cərimə edilib.

“Şəfa” – “Cəbrayıl” oyununa təhlükəsizlik nümayəndəsi təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Şəfa” komandası 600 manat cərimə edilib.

“Şəfa” – “Cəbrayıl” oyununda “Cəbrayıl” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün “Cəbrayıl” komandası 210 manat cərimə edilib.

Seçilən
41
2
teleqraf.com

3Mənbələr