AZ

AzTV-yə məxsus üç nəqliyyat vasitəsi hərraca çıxarılır

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-yə (AzTV) məxsus üç nəqliyyat vasitəsi hərraca çıxarılır.

Hit.az xəbər verir ki, satışa çıxarılan əmlak 2005-ci il istehsalı “Toyota Avalon” minik avtomobili və 2008-ci il istehsalı iki ədəd “Hyundai H-1” mikroavtobusudur.

Məlumata görə, nəqliyyat vasitələrinin ilkin satış qiymətləri belə müəyyən edilib:

“Toyota Avalon” – 7 500 manat
“Hyundai H-1” mikroavtobusları – hər biri 9 800 manat

Hərrac iyunun 30-da keçiriləcək. 

Abbas
 

Seçilən
34
hit.az

1Mənbələr