AZ

ABŞ-dən İran tankerinə müdaxilə 

United States Central Command Oman körfəzində ABŞ-nin tətbiq etdiyi blokadanı pozmağa cəhd göstərməkdə şübhəli bilinən İran bayrağı altında üzən neft tankerinə hərbçilərin göndərildiyini açıqlayıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-nin Hörmüz boğazında tətbiq etdiyi blokada aprelin 13-dən davam edir. ABŞ Mərkəzi Komandanlığının yaydığı məlumata görə, İran limanına doğru hərəkət edən və blokadanı pozmağa cəhd göstərdiyi ehtimal edilən “Celestial Sea” adlı tankerə xüsusi hərbi heyət çıxarılıb.

Məlumatda bildirilib ki, hərbçilər gəmidə axtarış aparıb, ekipaja marşrutu dəyişdirmək barədə göstəriş verib və bundan sonra tankeri tərk ediblər.

CENTCOM-un açıqlamasında həmçinin qeyd olunub ki, ABŞ qüvvələri blokadanın tam şəkildə icrasını davam etdirir.

“Hazırkı vaxtadək qaydalara əməl olunmasını təmin etmək məqsədilə 91 ticarət gəmisinin marşrutu dəyişdirilib”, – deyə açıqlamada vurğulanıb.


Seçilən
48
manset.az

1Mənbələr