AZ

1-ci liqanı tərk edəcək komanda müəyyənləşir

style='margin-bottom:10px;'>

Bu gün Azərbaycan 1-ci liqasında mövsümün sonuncu – 27-ci turuna start veriləcək.

QOL.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.

Turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan “Şimal” “Cəbrayıl”la qarşılaşacaq. Xaçmaz təmsilçisi bu görüşdə xal itirəcəyi halda yarışı sonuncu pillədə başa vuracağı dəqiqləşəcək və liqanı tərk edəcək.

Digər görşdə isə 9-cu sırada yer alan “Difai” MOİK-in qonağı olacaq. “Difai”in qalib gələrsə, 1-ci liqada qalmaq uğrunda pley-offda oynamaq şansı qazanacaq.

 

21 may (cümə axşamı)

Azərbaycan I Liqası
27-ci tur

17:00. MOİK – “Difai”
Binə qəsəbə stadionu

17:00. “Cəbrayıl” – “Şimal” 
Şamaxı OİK stadionu

22 may (cümə)

16:00. “Zaqatala” – “Şəfa”

17:00. “Şahdağ Qusar” – “Baku Sportinq”

17:00. “Mingəçevir” – “Səbail”
 

Seçilən
15
teleqraf.com

1Mənbələr