Krasnodar diyarında klonlanmış “Zvyozdoçka” adlı inək ilk dəfə bala verib.
İnterpress.az xəbər verir ki, bu barədə “Proqress Aqro” şirkəti TASS-a məlumat yayıb.
Krasnodar diyarında klonlanmış üsulla dünyaya gələn “Zvyozdoçka” adlı inək ilk dəfə ana olub. O, 39 kiloqram çəkisində sağlam bir dişi bala dünyaya gətirib.
Bu hadisə elmi nöqteyi-nəzərdən böyük əhəmiyyət kəsb edir. Çünki klonlanmış heyvanların sağlam nəsil artırma qabiliyyətinə malik olması faktını bir daha sübut edir.
Mütəxəssislər “Zvyozdoçka” və balasının səhhətinin yaxşı olduğunu bildirirlər.
Xuraman Etibarlı
İnterpress.az