AZ

Bakı- Tiflis- Bakı qatarına 1 ay öncədən bilet almaq mümkün olacaq

“Dəmir yollarıyla səyahət edənlər bir ay öncədən bilet almaqla səfərlərini rahat şəkildə planlaşdıra bilərlər”.

Bizim.Media xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev jurnalistlərə açıqlamasında bildirdi.

Onun sözlərinə görə, bu sərnişinlər üçün əlverişlidir, həm də dəmir yolları tələbatını vaxtında müəyyənləşdirə bilər:

"Yəni artıq biz bir ay öncədən bu səfərlərin satış sistemini açmaqla hansı qatara hansı əlavə vagon qoşmaq olar onu müəyyənləşdirə bilərik. İlk reyslər altı vaqondan ibarət olacaq, bunun biri vaqon restorandır, üçü komfortdur, digərləri isə lüks və komfort plusdur".

Qeyd edək ki, ilk qatar 25 may 23.00-dan Bakıdan yola düşəcək və 26 may 8.40-da Tbilisiyə çatacaq.

Şəfiqə Şəfa, İntiqam İbrahimov Bizim.Media

Seçilən
25
2
bizim.media

3Mənbələr