AZ

Avstraliya lideri İlham Əliyevi təbrik edib

Avstraliya İttifaqının General-Qubernatoru Samanta Mostin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Qaziler.az-ın məlumatına görə, mətndə deyilir:

"Zati-aliləri.

Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə, Azərbaycan Hökumətinə və xalqına şəxsən öz adımdan, Avstraliya Hökuməti və xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Avstraliya ehtiyac duyulan zamanlarda, o cümlədən 2025-ci ildə vətəndaşlarımızın İrandan təxliyə olunmasına göstərdiyi köməyə görə Azərbaycana dərin minnətdarlığını bildirir.

Əmin olduğumu bildirirəm ki, ölkələrimiz arasında dostluq münasibətləri gələcək illərdə də inkişaf edəcəkdir".

Seçilən
13
11
qaziler.az

10Mənbələr