AZ

“Məqsədimiz var, arxayınlaşa bilmərik” Sxadadze

ain.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.

Misli Premyer Liqasının XXXIII turunun “Qəbələ” – “Şamaxı” oyunundan (3:1) sonaq meydan sahibi komandanın baş məşqçisi Kaxaber Sxadadze jurnalistlərin suallarını cavablandırıb.

Futbolprss.az xəbər verir ki, mütəxəssis əvvəlcə matçla bağlı fikirlərini bölüşüb:

– Futbolçularımı qələbə münasibətilə təbrik edirəm. Son oyun idi. Düzdür, matçın nəticəsinə görə turnir cədvəlində hansısa dəyişiklik olmayacaqdı. Azarkeşləri sevindirmək istəyirdik. Bizi sona qədər dəstəklədiklərinə görə onlara təşəkkür edirəm. Gözəl qollar vurduq, qələbə qazandıq. Son oyunlar pley-off matçı öncəsi bizə özünəinam baxımından kömək olmalıdır. Heç bir halda arxayınlaşmaq olmaz. “Şamaxı”nın bir neçə aparıcı oyunçusu bu gün meydanda yox idi. Buna baxmayaraq, futbolçularım oyuna yaxşı köklənə bildi. Bu matçı unudacağıq və qarşıdan gələn pley-off oyununa hazırlaşacağıq.

– Bu matçda pley-offu düşünüb, hansısa taktiki gedişlər etdiniz?

– Rəqibin kim olduğunu bilmədiyimiz üçün hansısa taktiki dəyişiklik etməmişdik. Sabah rəqibi biləcəyik. Oyuna hazırlaşmaq üçün vaxtımız olacaq. Potensial rəqiblərin hamısının oyunlarını izləyirik.

– Kimin rəqib olmasını istərdiniz?

– Bizim üçün rəqibin fərqi yoxdur. Kimliyindən asılı olmayaraq, oyuna hazırlaşacağıq.

– Mingəçevirdəki oyunda olacaqsınız?

– Yəqin ki, olacağam.

– “Qəbələ” ötən mövsüm I Liqada rahat çempion oldu. Premyer Liqa ilə I Liqa arasında səviyyə fərqi böyükdür. Pley-of oyununda futbolçularda arxayınlıq olar bilər?

– Heç bir halda ola bilməz. Bütün rəqiblərə hörmətlə yanaşırıq. Futbolçularıma bunu demişəm. Onlar da çox yaxşı başa düşürlər. Məqsədimiz var, arxayınlaşa bilmərik. Tam fərqli matç olacaq. Final oyunudur. Belə qarşılaşmada hər addım çox vacibdir. Bunu başa düşürük. Son oyunlar turnir cədvəli baxımından bizə heç nə vermirdi. Amma biz bu görüşlərə pley-offa hazırlıq kimi baxırdıq. Futbolçuların gözünə baxanda görürəm ki, onlar qarşıdakı oyuna nə dərəcədə ciddi yanaşırlar.

– Pley-off matçının hansı stadionda keçirilməsini istəyərdiz?

– Bu, çox vacib oyundur. Ümid edirəm ki, qarşılaşma Premyer Liqa səviyyəsində stadionda, təbii ot örtüklü meydançada olacaq. Bakıda, Sumqayıtda, Tovuzda yaxşı stadionlar var. Bildiyim qədərilə Tovuz şəhər stadionu təmirə bağlanıb. İnanıram ki, oyun üçün yaxşı stadion seçiləcək.

Şahin Cəfərov

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
7
2
futbolpress.az

8Mənbələr