AZ

Patrisiya Skotland: Azərbaycan urbanizasiya ilə bağlı mühüm məsələlərin müzakirəsi üçün dünyanı bir araya gətirib

Bakı, 22 may, AZƏRTAC

WUF13 urbanizasiya ilə bağlı mühüm məsələlərin qlobal səviyyədə müzakirəsi üçün uğurlu platformaya çevrilib.

Bu fikri Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası çərçivəsində AZƏRTAC-a açıqlamasında Böyük Britaniyanın Lordlar Palatasının üzvü, Millətlər Birliyinin 6-cı Baş katibi Patrisiya Skotland deyib.

“Düşünürəm ki, WUF13 çox uğurlu keçib. Azərbaycan gördüyü işlərlə fəxr etməlidir. Çünki ölkə urbanizasiya ilə bağlı mühüm məsələlərin müzakirəsi üçün dünyanı bir araya gətirib”, - deyə Patrisiya Skotland qeyd edib.

Müxbir - Aytən Abbaslı

 

Seçilən
19
1
azertag.az

2Mənbələr