AZ

İngiltərə millisinin DÇ-2026 üçün heyəti açıqlandı - Bu ulduzlar mundiala aparılmır

İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel builki dünya çempionatı üçün heyəti açıqlayıb.

Fanat.Az xəbər verir ki, almaniyalı mütəxəssisin 26 nəfərlik heyətində "Bayern Münhen"dən Harri Keyn, "Real Madrid"dən Cud Bellinqem, "Arsenal"dan Bukayo Saka kimi ulduzlar var.

Lakin bir çox aparıcı oyunçular mundialı buraxacaqlar. Fil Foden, Trent Aleksandr-Arnold, Koul Palmerin heyətdə yer almaması xüsusilə təəccüblüdür. 

"Üç Aslan" DÇ-2026-nın L qrupunda Qana, Xorvatiya və Panama ilə qarşılaşacaq.

Mirağa

Seçilən
49
1
fanat.az

2Mənbələr