AZ

Makronun iqamətgahında axtarışlar aparıldı

Fransa Prezidenti Emmanuel Makronun rəsmi iqamətgahı olan Yelisey Sarayında dövlət müqavilələri ilə bağlı aparılan istintaq çərçivəsində axtarışlar həyata keçirilib.

Redaktor.az xəbər verir ki, bu barədə "Le Monde" qəzeti məlumat verib.

Məlumata görə, Parisin maliyyə işləri üzrə iki istintaq hakimi tərəfindən Yelisey Sarayında əməliyyat aparılıb. Araşdırma dövlət tədbirlərinin, xüsusilə də Panteonda keçirilən anım mərasimlərinin təşkili ilə bağlı müqavilələrin verilməsi prosesini əhatə edir.

İstintaqın mərkəzində son illərdə Panteona görkəmli şəxslərin nəşinin köçürülməsi mərasimlərinin təşkili ilə məşğul olan Shortcut Events şirkətinə verilən dövlət sifarişləri dayanır.

Məlumata görə, daha əvvəl – 14 apreldə keçirilən ilkin əməliyyat zamanı Paris Milli Maliyyə Prokurorluğu və korrupsiya ilə mübarizə idarəsinin əməkdaşları şirkətin ofislərində və bəzi şəxslərin evlərində axtarış aparmışdı. Lakin Yelisey Sarayına həmin vaxt daxil olmaq mümkün olmamışdı. Səbəb kimi prezident administrasiyasına aid məkanların toxunulmazlığı ilə bağlı konstitusiya müddəası göstərilmişdi.

NURİYYƏ

Seçilən
20
2
redaktor.az

3Mənbələr