AZ

SOCAR Ukraynada sığınacaqların yaradılmasını yekunlaşdırıb

Yazını böyüt
Yazını kiçilt

SOCAR-ın Ukraynadakı nümayəndəliyinin yanacaqdoldurma məntəqələrinin yarısında hava həyəcanı zamanı müştərilərin təhlükəsizliyini təmin etmək məqsədilə sığınacaqların yaradılması başa çatdırılıb.

Bu barədə hafta.az-a “SOCAR Ukraine”nin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, artıq Odessa, Nikolayev, Lvov, Dnepr, Jitomir, Rivnə, Çerkassı bölgələrində yerləşən SOCAR-ın yanacaqdoldurma məntəqələrində sığınacaqlar yaradılıb. Sığınacaqlardan hava hücumu siqnalı zamanı istifadə edilə bilər.

Sığınacaqlar yanacaqdoldurma məntəqələrinin yaxınlığında yerləşir və onların şəbəkəsi genişlənir.

Bundan başqa, SOCAR-ın Odessa və Lvovda yerləşən anbarlarında da sığınacaqlar yaradılıb.

Yaxın zamanlarda isə SOCAR-ın bütün yanacaqdoldurma məntəqələrində sığınacaqların yaradılması başa çatdırılacaq.

Seçilən
38
2
hafta.az

3Mənbələr