AZ

"Hər il biz çempion olacağıq deyə bir şey yoxdur" - Toral Bayramov

style='margin-bottom:10px;'>

“Qarabağ”ın müdafiəçisi Toral Bayramovun QOL.az saytına müsahibəsi

- Mövsümün son turunda “Sumqayıt”ı 4:3 hesabı ilə məğlub etdiniz. Qələbəni necə şərh edərdiniz?

- Fikrimcə, bu, mövsümün ən maraqlı oyunlarından biri idi. Tam heyət yox idi. Buna baxmayaraq, bizim gənclərimiz üçün də yaxşı təcrübə oldu. Özlərini yaxşı tərəfdən göstərə bildilər. 

- Son illərin dəyişməz çempionu olan “Qarabağ”a titulunu itirmək necə təsir edir?

- Düzdür, çempion ola bilmədik, Avroliqaya gedirik. Əlimizdən gələni edəcəyik ki, azarkeşlərimizi yenidən sevindirək. Jurnalistlərə də təşəkkür edirəm. Sizin üçün də ağır mövsüm oldu. 

- Ümumi götürsək, Çempionlar Liqasında pley-offa qədər irəlilədiyinizi nəzərə alsaq, mövsümü “Qarabağ” üçün uğurlu saymaq olar?

- Düşünmürəm ki, uğursuz oldu. “Sabah”ı çempionluq münasibəti ilə təbrik edirəm. Qismət bu il onların idi. Hər il biz çempion olacağıq deyə bir şey yoxdur. Növbəti mövsümə hazırlaşacağıq. 

- Avroliqada oynayacaqsınız. Azarkeşlər avrokuboklarda “Qarabağ”dan builkindən də yaxşı nəticə gözləyə bilərlər?

- Bu mövsüm ÇL-də pley-off oynamağımız Avroliqada daha yaxşı çıxış edəcəyimizə təminat deyil. Əlimizdən gələni edəcəyik, vuruşacağıq. Çalışacağıq ki, mümkün qədər irəli gedə bilək.

- Premyer Liqanın səviyyəsində artım hiss olunur?

- Məncə, maraqlı və gərgin mövsüm alındı. 

- Bəs legioner limitinin ləğv yerli futbolçulara ümumilikdə necə təsir etdi?

- Bu barədə geniş fikir bildirməyim düz çıxmaz. Sadəcə onu deyə bilərəm ki, kim güclü idisə, o da oynadı.

Seçilən
17
1
teleqraf.com

3Mənbələr