AZ

İran seçim qarşısında: Sülh, yoxsa müharibə?

Cebheinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Pakistan ordusunun komandanı, feldmarşal Asim Münir İran və ABŞ arasında vasitəçilik səylərində iştirak etmək üçün Tehrana gəlib.

Səfərin məqsədi ABŞ ilə İran arasında danışıqlar prosesini yönəltmək və regionda həssas vəziyyətin nizamlanması ilə bağlıdır. 

Qeyd edək ki, Pakistan, eyni zamanda Qətər son zamanlar ABŞ ilə İran arasında aparılan dolayı danışıqlar prosesində vasitəçilik edən tərəflərdir.

Hər iki tərəfin vasitəçilik səylərinə baxmayaraq, hələlik bu danışıqlarda ciddi nəticə əldə olunmayıb. Regionda növbəti müharibənin baş verəcəyi iddia olunur. 

Məsələ ilə bağlı politoloq Xəqani Cəfərli “Cebheinfo.az”-a şərhində qeyd edib ki, Tehran öz nüvə proqramından imtina etməsə, regionda müharibə ehtimalı gözləniləndir:

“Bu gün Pakistan ABŞ ilə İran arasında sülhə və dayanıqlı atəşkəsə nail olmaq üçün səylər göstərir, ancaq bir əsas məsələ var ki, İran öz nüvə proqramından imtina etməlidir. Əgər Tehran bu mövqeyindən geri çəkilməsə, Pakistanın vasitəçilik səyləri heç bir ciddi nəticə verməyəcək. 

İki tərəf arasında sülhə nail olmaq qeyri-mümkün olacaq. Həm İranda, həm də ABŞ-da Pakistana etimad olsa da, bu, tərəflərin razılığa gəlməsi üçün yetərli deyil.

İrandakı rejimi nüvə proqramını davam etdirərsə, nə Pakistan, nə də digər üçüncü tərəflərin vasitəçilik səyləri heç bir müsbət nəticə gətirib çıxarmayacaq.

Növbəti müharibə məsələsinə gəlincə, hərbi eskalasiya riski kifayət qədər yüksəkdir. ABŞ və İsrailin İrana qarşı hücum əməliyyatları istənilən zaman baş verə bilər. Bu baxımdan müharibə qaçılmaz prosesdir. 

Müharibənin qarşısının alınması üçün yalnız birgə yol var, bu da bayaq qeyd etdiyim kimi Tehran öz nüvə proqramından imtina etməlidir. Yəni müharibənin baş verib-verməyəcəyi İranın davranışından asılı olacaq”.

Yunis Abdullayev 

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
64
50
cebheinfo.az

10Mənbələr