AZ

“İran ABŞ dən təzminat müqabilində Hörmüzü açmağı təklif etdi” − “Əl Ərəbiyyə”

ain.az, Yeniavaz portalına istinadən məlumatı açıqlayır.

“İran Vaşinqtondan kompensasiya müqabilində ABŞ üçün Hörmüz boğazının açılmasını təklif edib”.

Yeniavaz.com xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” televiziya kanalı diplomatik mənbələrə istinadən məlumat yayıb.

Kanalın mənbələri iddia edir ki, İran ABŞ-dən kompensasiya müqabilində Hörmüz boğazının açılmasını təklif edib:

“İran ABŞ ilə dolayı danışıqlarda vasitəçilik edən Pakistana iki təklif çatdırıb. İran hakimiyyəti həmçinin hər hansı bir müqavilə imzalamadan əvvəl sanksiyalar və dondurulmuş aktivlər faylını müzakirə etməyi təklif edib”.

Bir müddət əvvəl İran Xarici İşlər Nazirliyinin sözçüsü Esmail Baqayi nüvə faylının və sanksiyaların ləğvi məsələsinin ABŞ ilə danışıqların hazırkı mərhələsində müzakirə olunmayacağını bildirmişdi. O, məhdudiyyətlərin ləğvi tələbinin İranın dəyişməz mövqeyi olduğunu və razılaşma yekunlaşdıqdan sonra "növbəti mərhələlərdə" müzakirə olunacağını bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
14
1
yeniavaz.com

2Mənbələr