Ən geci 2 il sonra Ermənistan və Avropa İttifaqı arasında vizasız rejim olacaq.
Bunu Ermənistan Baş naziri Nikol Paşinyan bildirib.
Hazırda Vətəndaş Müqaviləsi Partiyasının lideri qismində seçicilərlə görüş keçirən Nikol Paşinyan deyib ki, maksimum 2 il ərzində Ermənistan vətəndaşları “Şirak” hava limanından Larnaka şəhərinə vizasız uça biləcəklər.
Xatırladaq ki, Ermənistan ilə Avropa İttifaqı arasında viza rejiminin liberallaşdırılması üzrə danışıqlar rəsmi olaraq 2024-cü ilin dekabr ayında başlayıb.
MənbəAPA