Konqo Demokratik Respublikasında (KDR) Ebola virusundan ehtimal olunan ölüm hallarının sayı 204-ə çatıb.
Publika.az xəbər verir ki, bu barədə ölkənin Kommunikasiya və Media Nazirliyi məlumat yayıb.
Qurumun məlumatına görə, KDR-in şərqindəki İturi, Şimali Kivu və Cənubi Kivu əyalətlərində 867 ehtimal olunan yoluxma halı qeydə alınıb. 10 ölüm halı və 91 yoluxma faktı laboratoriya şəraitində təsdiqlənib.