AZ

Bakıda avtobus qəzaya düşdü – VİDEO

Bakıda sərnişin avtobusu qəzaya düşüb.

KONKRET.az oxu.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonundakı “İzmir dairəsi” adlanan ərazidə qeydə alınıb.

Belə ki, 2 nömrəli xətt üzrə hərəkət edən sərnişin avtobusu idarəetmədən çıxaraq səkiyə çırpılıb.

Hadisə nəticəsində avtobusdakı sərnişinlər nəqliyyat vasitəsindən düşürülüblər.

Qəzanın başvermə səbəbi araşdırılır.

 

Seçilən
52
3
konkret.az

10Mənbələr