AZ

Cavid Quliyev: Müştərilərə verilən kredit portfeli 3,883 milyard manata çatıb

Bankın müştərilərə təqdim etdiyi kreditlərin həcmi artım nümayiş etdirərək 3 milyard 883 milyon manata çatıb və bu portfelin əsas hissəsini biznes kreditləri təşkil edib.

Bunu Bankın İdarə Heyətinin sədri, Baş İcraçı Direktoru Cavid Quliyev deyib.

 

Onun sözlərinə görə, bankın ümumi gəlirləri sabit artım tempini qoruyub. Belə ki, faiz gəlirləri 13%, qeyri-faiz gəlirləri, yəni komissiya gəlirləri isə 9% artıb.

 

Cavid Quliyev bildirib ki, müştərilərə verilən ümumi kredit portfeli 5% artım göstərərək 3 milyard 883 milyon manata yüksəlib. O qeyd edib ki, kreditlərin əsas hissəsi iri və kiçik sahibkarlara, eləcə də şirkətlərə verilən biznes kreditlərindən ibarətdir.

 

Bank rəhbəri əlavə edib ki, investisiya və qiymətli kağızlar portfeli də artım nümayiş etdirib. Onun sözlərinə görə, bu göstərici 42% artaraq ilin sonuna 2 milyard 500 milyon manata çatıb.

 

Eyni zamanda, müştərilərdən cəlb olunan vəsaitlərdə də müsbət dinamika müşahidə olunub. Belə ki, bu göstərici 116% artaraq ilin sonuna 700 milyon 900 min manat səviyyəsinə yüksəlib.

 

Cavid Quliyev bankın fəaliyyət göstəricilərindən biri olan sağlamlıq indeksində də artım qeydə alındığını vurğulayıb. O bildirib ki, həmin göstərici 2024-cü ilin sonunda 75,5% olduğu halda, 2025-ci ildə 75,7%-ə çatıb.

Seçilən
18
anews.az

1Mənbələr