AZ

Tanınmış qapıçı karyerasını başa vurdu

style='margin-bottom:10px;'>

Belçika millisinin sabiq qapıçısı Simon Minyole karyerasını başa vurub.

QOL.az xəbər verir ki, 38 yaşlı qolkiper bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Son klubu "Brügge" olan Minyole 6 il (2013-2019) "Liverpul"da oynayıb.

Belçika millisində 35 matça çıxan S.Minyole  2018-ci ildə keçirilən dünya çempionatının bürünc mükafatçısı olub. O, 2019-cu ildə "Liverpul"un heyətində UEFA Çempionlar Liqasının qalibi olub. "Brügge"də isə Minyole 5 dəfə Belçika çempionluğu, 1 dəfə ölkə kuboku, 2 dəfə Superkubok qazanıb.

Seçilən
27
2
teleqraf.com

6Mənbələr