BAKI, 25 may. TELEQRAF
Qurban bayramı ilə əlaqədar olaraq ilbbəil qeyri-qanuni yerlərdə, antisanitar yerlərdə heyvanların daşınması, saxlanması, kəsilməsi kimi işlər azalma dinamikası ilə gedir.
Teleqraf xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin şöbə müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev Qurban bayramı münasibəti ilə AQTA-da keçirilən brifinqdə deyib.
O bildirib ki, bu il də belə halların az müşahidə ediləcəyi gözlənilir.