AZ

Qayınanasını sevməyən kişilərin nəzərinə: Ana nənə uşaqlara bu təsiri göstərirmiş

Nənələrin uşaqların gələcəyində düşündüyümüzdən daha böyük rol oynadığı üzə çıxıb. Böyük Britaniyanın Sosial Mobillik Komissiyasının hazırladığı yeni hesabatda bildirilib ki, xüsusilə maddi imkanları yaxşı olan ailələrdə nənələrin dəstəyi uşağın uğuruna ciddi təsir göstərir.

Publika.az xəbər verir ki, araşdırmaya görə, ən böyük təsiri ana tərəfdən olan nənə göstərir. Mütəxəssislər hesab edir ki, məhz ana nənəsi uşağın yaxşı təhsil alması və gələcəkdə uğur qazanması şansını artırır.

Hesabatda nənələrin təsir göstərdiyi üç əsas istiqamət qeyd olunub: uşağa baxımda kömək, maddi dəstək və emosional dayaq. Bildirilir ki, nənə-babaların fəal iştirakı ailənin topladığı maddi imkanların və təhsil ənənələrinin növbəti nəslə ötürülməsinə də kömək edir.

Komissiyanın rəhbəri Alan Frensis vurğulayıb ki, uşağın sağlam və uğurlu böyüməsi üçün təkcə valideynlər yox, bütöv bir dəstək mühiti lazımdır: “Uşağın böyüməsi üçün bir kənd boyda dəstək lazımdır. Geniş ailə, xüsusilə də nənə-babalar uşaqlara sabitlik və dayanıqlılıq verir”.

Araşdırmada qeyd olunur ki, uşağın uğurunda əsas faktor yenə də valideynlərin təhsili və evdə yaradılan tədris mühitidir. İnternetin olması, dərs oxumaq üçün şərait və valideyn dəstəyi vacib sayılır. Bununla yanaşı, bibi, dayı, əmi və digər yaxın qohumların da uşağın inkişafına müsbət təsir göstərdiyi bildirilib.

Seçilən
31
publika.az

1Mənbələr