AZ

Yevlaxda məşhur diş həkimi QƏZA törətdi

Yevlaxda məşhur diş həkimi qəza törədib.

Bizim.Media-nın yerli bürosunun verdiyi məlumata görə, 1989-cu il təvəllüdlü İslam Süleymanov idarə etdiyi "Toyota" markalı avtomobillə piyada 2010-cu il təvəllüdlü Sahib Qarayevi vurub.

Qəza nəticəsində yeniyetmə Yevlax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin ambulator yardım göstərildikdən sonra oğlan evə buraxılıb.

Leyla Vəfadar, Bizim.Media, Mərkəzi Aran bürosu

Seçilən
43
1
bizim.media

2Mənbələr