Azpolitika.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Kremlin ən qatı təbliğatçılarında olan "Russia Today"in baş redaktoru Marqarita Simonyan erməniləri təhqir edib.
“AzPolitika” xəbər verir ki, mərkəzi televiziyanın efirində çıxış edən Simonyan Ermənistan vətəndaşı olmadığına sevindiyini deyib.
Simonyan iddia edib ki, Nikol Paşinyana səs verən ermənilər “zəhərləniblər”. O, Ermənistana çörək və buğda göndərməyi təklif edib.
Çünki onun ironik mənada dediyinə görə, ermənilər aclıqdan zəhərli göbələk yeyir və onlar yalnız bu zəhərli göbələklərin narkotik təsiri altında Paşinyana səs verə bilərlər: "Şükür ki, mən Ermənistan Respublikasının deyil, Rusiya Federasiyasının vətəndaşıyam". O, Ermənistanın Rusiyasız mövcud ola bilməyəcəyini iddia edib və əlavə edib ki, soyadının sonundakı iki hərfi daşıdığına görə utanır.
“AzPolitika.info”
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.