AZ

Ebola xəstələrinin müalicə olunduğu xəstəxanaya HÜCUM

Ajans.az xarici mediaya istinadən xəbər verir ki, qəzəbli gənclər Ebola xəstələrinin müalicə olunduğu xəstəxanaya basqın edərək yaxınlarının cəsədlərinin onlara təhvil verilməsini tələb ediblər. Xəstəxananın tibb direktoru Riçard Lokudu bildirib ki, hadisə zamanı ərazidə silah səsləri eşidilib və tibb işçiləri xəstələri və personalı təxliyə etməyə çalışıblar. Hadisə nəticəsində xəsarət alanların olub-olmadığı hələlik açıqlanmayıb. Qeyd olunur ki, bu, son bir həftə ərzində Ebola ilə bağlı səhiyyə müəssisələrinə edilən üçüncü hücumdur. Daha əvvəl də şübhəli Ebola xəstələrinin saxlanıldığı çadır yandırılmış, bir neçə nəfər müəssisədən qaçmışdı. Konqo hakimiyyəti virusun yayılmasının qarşısını almaq üçün kütləvi tədbirlərə və ənənəvi dəfn mərasimlərinə məhdudiyyətlər tətbiq edib. Bununla belə, bəzi bölgələrdə bu qərarlar yerli sakinlərin etirazına səbəb olur.

Ümumdünya Səhiyyə Təşkilatı epidemiyanın ölkə daxilində risk səviyyəsini “çox yüksək” qiymətləndirib. Son məlumatlara görə, Konqoda 900-dən çox şübhəli Ebola hadisəsi qeydə alınıb.

Seçilən
58
Ajans.az

1Mənbələr