AZ

“PAŞA Bank” IPO üzrə abunə yazılışının müddətini uzadıb

Bakı, 25 may, AZƏRTAC

"PAŞA Bank"ın aprelin 13-də elan etdiyi səhmlərin İlkin Kütləvi Təklifi (IPO) üzrə abunə yazılışı iyunun 12-dək uzadılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə "PAŞA Bank"ın İdarə Heyətinin sədri, Baş icraçı direktoru Cavid Quliyev bankın illik maliyyə nəticələrinə həsr olunmuş brifinqdə deyib.

C.Quliyeb bildirib ki, "PAŞA Bank" kapitalının 5 faizini təşkil edən 932,926 ədəd səhm hər birinin qiyməti 55 manat olmaqla Bakı Fond Birjası vasitəsilə yerləşdirilir: “Bu günə bankın 13 mindən çox unikal investor sayı mövcuddur”.

Fotoqraf - İlqar Cəfərov
Video - İlham Nadirov
Seçilən
27
1
azertag.az

2Mənbələr