AZ

İspaniya mundiala Real lı oyunçu aparmır Heyət bilindi

ain.az, Fanat portalına istinadən məlumat verir.

İspaniya millisinin DÇ-2026 üçün yekun heyəti açıqlanıb.

Fanat.Az xəbər verir ki, İspaniya millisinin baş məşqçisi Luis de la Fuente heyətə "Real Madrid"in bir dənə də olsun oyunçusunu daxil etməyib.

Məlumatı millinin mətbuat xidməti yayıb. 

Qapıçılar: Unai Simon (Atletik Bilbao), David Raya (Arsenal, İngiltərə), Joan Qarsiya (Barselona)

Müdafiəçilər: Pedro Porro (Tottenhem, İngiltərə), Markos Lyorente, Mark Pubil (hər ikisi "Atletiko Madrid"), Emerik Lyaport (Atletik Bilbao), Pau Kubarsi, Erik Qarsiya (hər ikisi "Barselona"), Mark Kukurelya (Çelsi, İngiltərə), Alexandro Qrimaldo (Bayer, Almaniya)

Yarımmüdafiəçilər: Rodri (Mançester Siti, İngiltərə), Martin Subimendi, Mikel Merino (hər ikisi Arsenal, İngiltərə), Qavi, Pedri, Dani Olmo (hamısı "Barselona"), Fabian Ruis (PSJ, Fransa)

Hücumçular: Aleks Baena (Atletiko Madrid), Ferran Torres, Lamin Yamal (hər ikisi "Barselona"), Niko Uilyams (Atletik Bilbao), Yeremi Pino (Kristal Pelas, İngiltərə), Mikel Oyarsabal (Real Sosyedad), Viktor Munyos (Osasuna).

Bu, İspaniyanın 2021-ci ildə Avropa Çempionatında "Real Madrid"li oyunçular olmadan yarışdığı vaxtdan bəri ilk beynəlxalq turnir olacaq. 

İspaniya mundialda H qrupunda Kabo-Verde, Səudiyyə Ərəbistanı və Uruqvaya qarşı mübarizə aparacaq. DÇ-2026 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək.

Mirağa

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
14
10
fanat.az

10Mənbələr