AZ

Fazil Mustafa:“Türkiyə baş verənləri demokratik proseslərin içində cərəyan edən hadisələr kimi qiymətləndirmək lazımdır”

“Türkiyə cəmiyyətində dəfələrlə kataklizmlər olur. Buna görə də son baş verənləri demokratik proseslərin içində cərəyan edən hadisələr kimi qiymətləndirmək lazımdır. Yəqin ki, hansısa hüquq mexanizmi ilə atılan addımlar var. Bu addımlar gec-tez seçki prosesi ilə özlüyündə cəmiyyət tərəfindən tənzimlənəcək. Buna görə də bizim hansısa qiymətləndirmə aparmağımız, yaxud mövqe bildirməyimiz doğru deyil. Bu, Türkiyə cəmiyyətinin aktual problemi ola bilər. Amma bizim cəmiyyət Türkiyədə sabitlik arzulayır”.

 

Bu sözləri Pravda.az-a Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Fazil Mustafa deyib.

 

Deputat bildirib ki, Azərbaycan regional güc olaraq Türkiyənin daxili problemlərə başının qarışmamasını, daha çox bölgə üzərində təsir gücünün artırılmasını arzulayır: “Buna görə də hadisələrin tezliklə hüquqi yolla həllinə maraqlıyıq. Türkiyə qardaş ölkədir. Qardaş ölkənin hər hansı sıxıntı yaşamasını heç birimiz arzulamırıq”.

 

Aytəkin Qardaşova

Tarix: 25 May 2026, 17:18   
Seçilən
31
pravda.az

1Mənbələr