AZ

İranda internet bərpa olunur

İranda internetə çıxışın bərpası istiqamətində mühüm addım atılıb.

Musavat.com xəbər verir ki, İran Prezidenti Məsud Pezeşkian internetə çıxışın bərpa olunması barədə rəsmi fərman imzalayıb.

Pezeşkian bildirib:

“Biz insanların hüquqlarını özlərinə qaytarmaq üçün çətin bir yol keçdik”.

Məlumata görə, Birinci vitse-prezident Məhəmməd Rza Arifin sədrliyi ilə keçirilən iclasda internetin 2025-ci ilin dekabrından əvvəlki vəziyyətinə qaytarılması barədə qərar qəbul edilib.

Qərar 9 lehinə, 3 əleyhinə səslə Prezident Administrasiyasına göndərilib. Təsdiqlənəcəyi təqdirdə sənədin icrası Rabitə Nazirliyinə həvalə olunacaq.

“Asr İran”ın yaydığı məlumata görə, Məhəmməd Rza Arif qlobal internetə çıxışın vacibliyini vurğulayaraq bildirib:

“Qayda pozan bir sürücüyə görə magistral yolu bağlamırlar. Niyə bir tələbə akademik işləri üçün internetinin açılmasını yalvararaq istəməlidir?”

O qeyd edib ki, xalqa güvənmədən internetin bağlanması ictimai kapitala zərbə vurur və texnoloji inkişaf imkanlarını zəiflədir.

 

Musavat.com

Seçilən
19
2
musavat.com

3Mənbələr