AZ

Qiyamət buzlağı hərəkətə keçdi – okeanlar qalxır, bu bölgələr yox olacaq

Bəşəriyyəti narahat edən yeni iqlim proqnozu açıqlanıb.

Musavat.com xəbər verir ki, Antarktidada yerləşən və “Qiyamət buzlağı” adlandırılan Tuveyts buzlağının sürətlə sabitliyini itirdiyi bildirilir.

İqlimşünasların məlumatına görə, buzlaqın dağılması davam edərsə, uzunmüddətli perspektivdə Dünya okeanının səviyyəsi təxminən 3,5 metr yüksələ bilər.

Mütəxəssislər qeyd edirlər ki, Tuveyts buzlağı Antarktidadakı nəhəng buz kütləsini saxlayan əsas “tıxac” rolunu oynayır. Onun zəifləməsi halında okean sularının planet üzrə yenidən paylanacağı, nəticədə isə qitələrin sahil xətlərinin dəyişəcəyi bildirilir.

Risk zonasına sahilyanı ərazilərlə yanaşı, Sankt-Peterburq və Baltik dənizi sahillərinin bir hissəsi də daxildir. Məlumata görə, Rusiyada Qərbi Sibirin bəzi bölgələri də su altında qala bilər.

Bundan başqa, Avropa və ABŞ-nin şərq sahillərində yerləşən liman şəhərlərinin də prosesdən ciddi şəkildə təsirlənəcəyi vurğulanır.

Ekspertlər hesab edirlər ki, gələcəkdə əsas problem təkcə daşqınlar deyil, həm də şirin su çatışmazlığı səbəbindən yarana biləcək kütləvi miqrasiya ola bilər.

Musavat.com

Seçilən
121
musavat.com

1Mənbələr