Ermənistanın müxalif “Alyans” partiyası seçki marafonundan geri çəkilmək barədə qərar qəbul edib.
Musavat.com xəbər verir ki, partiya öz seçki siyahısının qeydiyyatının ləğv edilməsi üçün Mərkəzi Seçki Komissiyasına (MSK) rəsmi ərizə göndərib.
MSK-nın bu müraciətə baxmaq üçün açıq iclas keçirməyi planlaşdırdığı bildirilir.
Partiya lideri Tiqran Urixanyan bəyan edib ki, hazırkı baş nazir Nikol Paşinyanın və onun siyasi qüvvəsinin qalib gələcəyi təqdirdə, “Alyans” üzvləri radikal mübarizə aparmaq və xalq etiraz dalğası formalaşdırmaq hüququnu özlərində saxlayırlar.
Xatırladaq ki, bir qədər əvvəl kütləvi informasiya vasitələrində MSK-nın elə Urixanyanın öz namizədliyini qeydiyyata almaqdan imtina etdiyi barədə məlumatlar yayılıb.
Buna səbəb onun ölkədə yaşayış senzinin tələblərinə cavab verməməsi olub. Belə ki, yerli seçki qanunvericiliyinə əsasən, namizəd son dörd il ərzində fasiləsiz olaraq Ermənistan ərazisində yaşamalıdır.
Musavat.com