AZ

Naxçıvandan acı xəbər Daha bir gənci itirdik... FOTO

Yenisabah saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Naxçıvan Muxtar Respublikasının Babək rayonunda 3 gün əvvəl baş verən ağır qəzada yaralananlardan biri xəstəxanada ölüb.

Bu barədə “Yeni Sabah” a onun yaxınları məlumat verib.

Bildirilib ki, “Hyundai” markalı avtomobilin aşması nəticəsində ağır xəsarətlər alan Əlizadə Nail İlham oğlu müalicə aldığı xəstəxanada vəfat edib. pizza mizza

Digər xəsarət alan şəxslərdən Şahin Vəliyevin vəziyyəti isə ağır qiymətləndirilir.

Qeyd edək ki, hadisə mayın 23-də rayonun Çeşməbasar kəndi ərazisində baş verib. Qəza zamanı xəsarət alan İbrahimov Firudin Namiq oğlu, Əsədli Turan Xaliq oğlu, Vəliyev Şahin Elxan oğlu, Qasımov Zeynal Elxan oğlu və Rzazadə Samiq Səbuhi oğlunun müalicəsi davam etdirilir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
14
3
yenisabah.az

4Mənbələr