AZ

BMM-də Müstəqillik Gününə həsr olunmuş konsert keçiriləcək

Yazını böyüt
Yazını kiçilt

Mayın 27-də Beynəlxalq Muğam Mərkəzində Əməkdar kollektiv Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestri 28 May – Müstəqillik Gününə həsr olunmuş təntənəli konsert proqramı ilə çıxış edəcək.

Hafta.az xəbər verir ki, konsertə Prezident mükafatçısı Mustafa Aşurov rəhbərlik edəcək. Proqramda görkəmli sənətkarlar, respublika və beynəlxalq müsabiqələr laureatlarının ifasında musiqi nömrələri, bəstəkar əsərləri və xalq mahnıları səsləndiriləcək. Konsert biletlərini şəhərin bütün mərkəzi kassalarından əldə edə bilərsiniz.

Qeyd edək ki, bu il Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin yaranmasının 95 ili tamam olur. İl ərzində təşkil olunacaq konsertlər orkestrin 95 illik yubileyinə həsr edilmiş tədbirlər planı çərçivəsində davam etdiriləcək.

Seçilən
27
2
hafta.az

3Mənbələr