AZ

Yaponiya hökumət rəsmiləri Rusiyaya səfər edib

Yaponiya Xarici İşlər və İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyinin yüksək vəzifəli şəxsləri Rusiyada işgüzar səfərdədirlər.

Musavat.com xəbər verir ki, məlumatı Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye naziri Ryosei Akazava açıqlayıb.

Onun sözlərinə görə, Tokio nümayəndələri Rusiya rəsmiləri ilə görüşməyi planlaşdırırlar: "İqtisadiyyat Nazirliyinin Ticarət Siyasəti Departamentinin rəhbəri Masayoşi Arai və Xarici İşlər Nazirliyinin Avropa Departamentinin vitse-naziri Masaki İşikava hazırda Rusiyada işgüzar səfərdədirlər. Bu səfərin məqsədi Rusiyada fəaliyyət göstərən Yaponiya şirkətlərinin aktivlərinin qorunması kontekstində Rusiya tərəfi ilə ünsiyyət qurmaqdır".

Nazir səfər zamanı heç bir "yeni iqtisadi əməkdaşlıq"ın müzakirəsinin planlaşdırılmadığını vurğulayıb. Daha əvvəl Rusiyaya səfər planlarını ilk dəfə bildirən Kyodo News hökumətin bunu Ukraynadakı münaqişənin bitməsindən sonra iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi planına uyğun etdiyini yazmışdı. Akazava əlavə edib ki, Yaponiya tərəfi əvvəllər də şirkətlərinə dəstək olmaq üçün Rusiyaya nümayəndələr göndərib. O, həmçinin qeyd edib ki, belə bir səfərin vaxtı "xüsusilə əhəmiyyətli deyil".

Qeyd edək ki, son illərdə Yaponiya neft tədarükünün 90 faizindən çoxunu Yaxın Şərqdən təmin edir və bunun əksəriyyəti Hörmüz boğazından keçir. İranla münaqişə başlandıqdan sonra Tokio Azərbaycan da daxil olmaqla alternativ təchizat mənbələri axtardığını bildirib, lakin Rusiyanı mümkün təchizatçılar sırasında qeyd etməyib.

Rusiyada Yaponiya şirkətlərinin iştirakçısı olduğu “Saxalin-2” maye qaz layihəsi Qərb sanksiyalarından kənarda saxlanıb.

Musavat.com

 

 

Seçilən
27
9
musavat.com

10Mənbələr