Misli Premyer Liqasının 2025/26 mövsümünün oyunlarını 285 min 778 tamaşaçı izləyib.
Apasport.az xəbər verir ki, nəticəsi ləğv olunan “İmişli” – “Sumqayıt” matçı nəzərə alınmaqla baş tutan 198 görüşdə orta göstərici 1443-ə bərabər olub.
Ən çox seyrçi XXVIII turun “Qarabağ” – “Sabah” görüşündə qeydə alınıb. Aprelin 18-də Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmada 17 min 338 izləyici olub.
Bu komandaların eyni arenada baş tutan XXII turdakı matçı siyahıda ikincidir. Martın 1-də baş tutan oyunu 10 min 361 tamaşaçı seyr edib.
Ən çox izləyici toplayan iki matçın ev sahibi olan “Qarabağ” öz meydanındakı matçlardakı tamaşaçı sayında da 1-ci olub. Ümumilikdə 51 min 167 tamaşaçı toplayan Ağdam klubunun orta göstəricisi 3010-a bərabər olub.
“Neftçi” tamaşaçı sayında 2-ci yeri tutub – 44 min 693 (orta göstərici – 2793). İlk “üçlüy”ü “Sumqayıt” qapayıb – 39 min 560 (orta göstərici - 2473)
KLUB
TAMAŞAÇI
OYUN
ORTA
1
Qarabağ
51167
17
3010
2
Neftçi
44693
16
2793
3
Sumqayıt
39560
16
2473
4
Turan Tovuz
34550
16
2159
5
Karvan-Yevlax
27380
17
1611
6
Sabah
23623
17
1390
7
Şamaxı
18150
17
1068
8
Kəpəz
13150
16
822
9
Zirə
12350
17
726
10
Qəbələ
9670
16
604
11
İmişli
7765
16
485
12
Araz-Naxçıvan
3720
17
219
cəmi
285778
198
1443
"Bursaspor" Toralı belə təqdim etdi - VİDEO
Toral Bayramov "Qarabağ"dan getdi, yeni komandası bəlli oldu - RƏSMİ
I Liqa: Pley-off matçı bu hakimə tapşırılıb
Pley-off matçının təyinatları bəlli oldu
I Liqanın bombardiri mükafatlandırılıb