AZ

Azərbaycanda bayram günlərinin havası

Bayram günlərində (mayın 27-28-29-da) ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb.

Sabah gözlənilən hava proqnozu

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında mayın 27-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 17-19, gündüz 23-28 dərəcə isti təşkil edəcək.

Mayın 28-də gözlənilən hava proqnozu

Mayın 28-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 17-20, gündüz 25-30 dərəcə isti olacaq.

Mayın 29-də gözlənilən hava proqnozu

Mayın 29-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 17-20, gündüz 21-26 dərəcə isti təşkil edəcək.

Naxçıvan MR-da gözlənilən hava proqnozu

Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərurda hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin 29-u axşama doğru bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 10-15, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.

Qarabağ və Gəncə-Daşkəsən Zonası

Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Füzuli, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy, Göygöldə havanın əsasən yağmursuz keçəcəyi, lakin 27-28-i gündüz saatlarında, 29-u isə axşama doğru bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 6-11, gündüz 17-22, bəzi yerlərdə 25 dərəcə isti təşkil edəcək.

Seçilən
32
49
aznews.az

10Mənbələr