AZ

İran ABŞ yə məxsus MQ 9 dronunu vurduğunu, F 35 qırıcısını isə geri çəkilməyə məcbur etdiyini açıqlayıb

ain.az, Bizimyol saytına istinadən bildirir.

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) Fars körfəzi üzərində ABŞ-yə məxsus pilotsuz uçuş aparatlarının və hərbi təyyarələrinin aşkar edildiyini və onlara qarşı əməliyyat keçirildiyini açıqlayıb.

Bizimyol.info xəbər verir ki, İİKK-in yaydığı rəsmi bəyanatda bildirilib ki, İran hava məkanına “qanunsuz müdaxilə” edən ABŞ-a məxsus "MQ-9 Reaper" tipli kəşfiyyat-döyüş dronu müəyyən edilərək vurulub. Məlumata görə, dron Fars körfəzi üzərində müşahidə missiyası həyata keçirərkən hədəfə alınıb və məhv edilib.

İran tərəfi həmçinin daha bir ABŞ dronu — "RQ-4 Global Hawk" və beşinci nəsil "F-35 Lightning II" qırıcısının da hədəfə alındığını iddia edib. Bəyanata əsasən, bu hava vasitələrinə qarşı atəş açıldıqdan sonra onlar kurslarını dəyişərək bölgəni tərk ediblər.

İİKK-in məlumatı İran xəbər agentliyi "Tasnim" xəbər agetliyi tərəfindən yayımlanıb. Qurum açıqlamasında ABŞ hərbi qüvvələrinin regionun hava məkanını pozduğunu və bunun İranın suverenliyinə açıq təhdid olduğunu bildirib.

Bəyanatda qeyd olunub ki, MQ-9 dronunun vurulması “milli sərhədlərin qorunması” məqsədi daşıyıb. Eyni zamanda İİKK ABŞ Müdafiə Nazirliyini (Pentaqon) xəbərdar edərək, İranın hava məkanının pozulmasının cavabsız qalmayacağını vurğulayıb.

İran hərbi rəhbərliyi bildirib ki, ölkə istənilən “qanunsuz uçuşlara” qarşı cavab vermək hüququnu özündə saxlayır və belə halların davam edəcəyi təqdirdə daha sərt tədbirlərin görüləcəyi istisna edilmir.

Hazırda ABŞ tərəfi İranın bu iddialarını rəsmi şəkildə təsdiqləməyib. Buna görə də hadisənin detalları və obyektiv təsdiqi ilə bağlı beynəlxalq mənbələrin açıqlamaları gözlənilir.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
48
bizimyol.info

1Mənbələr