AZ

U-20: Nicat Məhərrəmov da Qəbələyə dəvət olundu – ARENA.AZ

Qəbələdə təlim-məşq toplanışına başlayan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının (U-20) heyətinə yeni futbolçu cəlb olunub.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, “Neftçi”nin yarımmüdafiəçisi Nicat Məhərrəmov da millinin düşərgəsinə qoşulub. O, ilkin açıqlanmış heyətdə yer almamışdı. Lakin məşqçilər korpusu sonradan onun da heyətdə yer almasına qərar veriblər.

Xatırladaq ki, ötən gündən toplanışa başlamış U-20 millimiz iyunun 10-na qədər Qəbələdə hazırlıq keçəcək.

Millinin portuqaliyalı baş məşqçisi Rui Jorje hazırlıq prosesində bu futbolçuları sınaqdan keçirir:

  1. Həbib Hüşənov – Qəbələ
  2. Aftandil Arıxov – Sumqayıt
  3. Ayxan Abbaszadə – Turan Tovuz
  4. Uğur Qurbanlı – Qarabağ
  5. Səttar Tahirzadə – Marset (İspaniya)
  6. Murad Qurbanov – Zirə
  7. Həzrət Səmədov – Sabah
  8. Rəşad Alışov – Qarabağ
  9. Nadir Orucov – Sumqayıt
  10. Əhməd Tarverdiyev – Sabah
  11. Eltun Babazadə – Qarabağ
  12. Ziya Şəkərxanov – Qəbələ
  13. Rəvan Feyziyev – Qəbələ
  14. Əliəkbər Rzazadə – Qarabağ
  15. Pünhan Qasımzadə – Neftçi
  16. Abduləziz Cabbarlı – Qarabağ
  17. İbrahim Babayev – Barselona (İspaniya)
  18. Anar Hüseynov – Sabah
  19. Əli Qazibəyov – Qarabağ
  20. Həsən Nəzərli – Keçiören Spor (Tükiyə)
  21. Hikmət Cəbrayılzadə – Qarabağ
  22. Şahnur İsmayılov – Kəpəz
  23. Nihad Orucəli – Sumqayıt
  24. Toğrul Tapdıqlı – Sabah
  25. Nicat Məhərrəmov – Neftçi
Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin:
Seçilən
4
8
arena.az

10Mənbələr