AZ

Fransa şirkətinin rəhbəri: “Sea Breeze” yüksək investisiya potensialına malik unikal layihədir

ain.az, Azertag saytına istinadən bildirir.

Bakı, 26 may, AZƏRTAC

Mən ilk dəfə Azərbaycana 1991-ci ildə gəlmişəm və illər ərzində əhəmiyyətli dəyişikliklərin şahidi olmuşam. “Sea Breeze”i ziyarət etdikdən sonra deyə bilərəm ki, bu, həqiqətən də regionda misilsiz, unikal bir layihədir.

AZƏRTAC xəbər verir ki, bu barədə Fransanın CIFAL şirkətinin prezidenti və baş direktoru Jill Remi “İnvestisiyaların yeni coğrafiyası” sessiyasında bildirib.

Şirkətin baş direktoru Azərbaycanın investisiya potensialını yüksək qiymətləndirib və “Sea Breeze” layihəsini region üçün unikal adlandırıb.

Onun sözlərinə görə, Fransa və Avropa şirkətləri layihənin inkişafında iştirak etmək imkanlarını araşdırmaqda maraqlıdırlar.

Fransalı sahibkar qlobal qeyri-müəyyənlik dövründə investorların sabitliyə və inkişaf perspektivlərinə xüsusi diqqət yetirdiyini və Azərbaycanın bu sahədə əhəmiyyətli potensiala malik olduğunu vurğulayıb.

“Bu, “Sea Breeze”ə ilk səfərimizdir, amma əminəm ki, sonuncu olmayacaq. Bu, yalnız başlanğıcdır”, - deyə Fransa şirkətinin prezidenti və baş direktoru əlavə edib.

Müxbir – Pərvanə Qafarova

Foto – İlqar Cəfərov

Video – İlham Nadirov

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
29
1
azertag.az

2Mənbələr