İrəvanda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Marko Rubio arasında görüş olub...
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Marko Rubio “TRIPP layihəsi ətrafında Ermənistan Respublikası ilə ABŞ arasında strateji əməkdaşlıq haqqında” çərçivə sazişini paraflayıblar.
APA xəbər verir ki, imzalanan sənədlər içərisində “ABŞ və Ermənistan Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında Nizamnamə” və ABŞ və Ermənistan Respublikası arasında kritik vacib mineralların və nadir torpaq elementlərinin çıxarılması və emalı sahəsində tədarükün təmin edilməsi haqqında çərçivə memorandumu var.
Poliqon.info