AZ

Ermənistan və ABŞ strateji tərəfdaşlıq xartiyası imzaladı

Ermənistan və ABŞ arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında xartiya imzalanıb. 

“Cebheinfo.az”-ın məlumatına görə, sənədi Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və İrəvanda səfərdə olan ABŞ-nin Dövlət katibi Marko Rubio imzalayıb.

Tərəflər həmçinin, TRIP layihəsi çərçivəsində əməkdaşlıq haqqında çərçivə sazişi, mineralların hasilatı və emalı sahəsində çərçivə memorandumuna da imza atıblar. 

Mərasim İrəvanın Zvartnots hava limanında baş tutub. 

Qeyd edək ki, Hindistandan səfərdən qayıdan Dövlət katibi Rubio bir neçə saatlıq həyat yoldaşı Canetlə birlikdə Ermənistan paytaxtına səfər edib.

Seçilən
64
23
cebheinfo.az

10Mənbələr