AZ

"Açıq bankçılıq" Azərbaycanda maliyyə sektorunu necə dəyişəcək?

2025-ci ildən başlayaraq Mərkəzi Bankın (AMB) təşəbbüsü ilə Azərbaycan maliyyə bazarında ilk dəfə olaraq “Açıq bankçılıq” funksionallığının tətbiqinə başlanılıb. Azərbaycanın maliyyə-bank sektorunda rəqəmsal transformasiyanın ən mühüm mərhələlərindən birinə çevrilən bu təşəbbüs AMB-nin "2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası" çərçivəsində reallaşan fundamental addımları sırasındadır.Metbuat.az kredit.az-a istinadən xəbər verir ki, bu mexanizm təkcə bank xidmətlərinin rəqəmsallaşdırılması deyil, həm də maliyyə bazarında rəqabətin genişlənməsi, fintex ekosisteminin inkişafı və vətəndaşların maliyyə xidmətlərinə çıxış imkanlarının artırılması baxımından strateji əhəmiyyət daşıyır. Ənənəvi bank modelində müştərinin maliyyə məlumatları yalnız hesab açdığı bankın daxilində qalır və həmin məlumatlara çıxış hüququ faktiki olaraq yalnız bankın özünə məxsus olur.“Açıq bankçılıq” modelində isə vəziyyət dəyişir. Müştərinin razılığı əsasında onun hesab məlumatları təhlükəsiz API infrastrukturu vasitəsilə üçüncü tərəf maliyyə platformalarına ötürülə bilir. Bu isə istifadəçiyə müxtəlif bank hesablarını bir tətbiq üzərindən idarə etmək, ödəniş aparmaq və fərdiləşdirilmiş maliyyə xidmətləri almaq imkanı yaradır.Sistem Avropada tətbiq edilən PSD2 (Payment Services Directive 2) direktivi əsasında formalaşdırılıb və beynəlxalq açıq bankçılıq standartlarına uyğunlaşdırılıb.Hazırda Azərbaycanda “Açıq Bankçılıq” ekosisteminə 21 ödəniş hesabına xidmət göstərən kommersiya bankı və 8 üçüncü tərəf təchizatçı qoşulub. Bundan əlavə, bir sıra elektron pul təşkilatları da test mərhələsində sistemə inteqrasiya olunur.Maaş və pensiya kartı seçimi vətəndaşın öz əlində olacaqSistemin ən mühüm yeniliklərindən biri əməkhaqqı və pensiya layihələri ilə bağlıdır.Hazırda bir çox hallarda vətəndaş maaşını və ya pensiyasını yalnız işəgötürənin və ya dövlət qurumunun seçdiyi bank vasitəsilə alır. Yeni model isə bu inzibati məhdudiyyəti aradan qaldırmağı hədəfləyir. Bununla bağlı Azərbaycan Mərkəzi Bankının Taleh Kazımov jurnalistlərin sualına cavab olaraq bildirmişdi ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə aparılan inteqrasiyalar nəticəsində həm dövlət, həm də özəl sektorda çalışan şəxslər maaş kartını istədikləri bankda seçə biləcəklər.Növbəti mərhələdə bu imkan pensiyaçılara da şamil ediləcək. Prosesin ilkin olaraq Bakı və Abşeron ərazisini əhatə etməsi nəzərdə tutulur.AMB rəhbərliyi hesab edir ki, sistemin tam tətbiqi üçün həm İT infrastrukturu, həm də proqram təminatı baxımından son hazırlıq işləri aparılır və yaxın 3-4 ay ərzində yeni modelin istifadəyə verilməsi mümkündür.Banklar üçün yeni rəqabət modeli formalaşır“Açıq bankçılıq” təkcə istifadəçilər üçün deyil, banklar üçün də yeni biznes modeli yaradır. AMB-nin Maliyyə Texnologiyaları və İnnovasiyalar departamentinin açıq bankçılıq üzrə mütəxəssisi Elmar Didəkənan bildirir ki, sistem banklara müştərinin real maliyyə vəziyyətini daha dəqiq analiz etmək imkanı verəcək.Məsələn, hazırkı modeldə banklar geniş auditoriyaya standart kredit limitləri təklif edir. Lakin açıq bankçılıq şəraitində müştərinin müxtəlif banklardakı gəlirləri, dövriyyəsi və maliyyə davranışları vahid şəkildə analiz edilə biləcək. Bu isə daha fərdiləşdirilmiş kredit təkliflərinin formalaşdırılmasına imkan yaradacaq.Başqa sözlə, kredit qiymətləndirməsi artıq yalnız formal maaş göstəricilərinə deyil, real maliyyə aktivliyinə əsaslanacaq. Bu yanaşma xüsusilə “dövriyyə krediti” modelinin inkişafı baxımından mühüm hesab olunur.Fintex şirkətləri üçün yeni imkanlar"Açıq bankçılıq" ən çox fintex şirkətlərinin inkişafına təkan verən mexanizmlərdən biri hesab olunur. Yeni sistem sayəsində istifadəçilər artıq bir neçə bank hesabını vahid tətbiq üzərindən idarə edə, hesablararası ani ödənişlər həyata keçirə və şəxsi maliyyələrini daha rahat şəkildə izləyə biləcəklər. Bununla yanaşı, fərdi büdcə idarəetməsi, avtomatik maliyyə analitikası və alternativ ödəniş həlləri kimi innovativ xidmətlərin inkişafı üçün də yeni imkanlar yaranır. Bu isə həm bank sektorunda rəqabəti artırır, həm də bazarda yeni rəqəmsal maliyyə məhsullarının meydana çıxmasını sürətləndirir. “Açıq bankçılıq” ətrafında ən çox müzakirə olunan məsələlərdən biri də beynəlxalq kart sistemlərinin bazardakı roludur. Hazırkı modeldə kart ödənişləri bir neçə mərhələdən keçir və bu prosesdə beynəlxalq kart təşkilatları iştirak edir. Nəticədə ticarətçilər üçün ekvayrinq xərcləri artır.“Açıq bankçılıq” çərçivəsində isə “hesabdan-hesaba” (account-to-account) ödəniş modeli tətbiq olunur. Bu zaman vəsait birbaşa bank hesabları arasında köçürülür və vasitəçi strukturların sayı azalır. Bu da bizneslər üçün komissiya xərclərinin aşağı düşməsinə səbəb ola bilər. Bununla belə, AMB nümayəndəsi Elmar Didəkənan hesab edir ki, "Visa" və "Mastercard"ı bazardan çıxarmaq real deyil:"Doğrudur, "Visa" və "Mastercard"ın xərcləri çox olur, amma heç bir ölkədə sanksiya qoymadan onları bazardan kənarlaşdırmaq mümkün deyil. "Açıq bankçılıq" sadəcə bir alternativ kanal olaraq digər ödəniş aləti kimi təqdim olunur. Təbii ki, yenə də böyük dövriyyə ilkin vaxtlarda "Visa" və "Mastercard" üzərindən keçəcək, amma ehtimal edirəm ki, hansısa mərhələdə "hesabdan-hesaba" ödənişləri üstünlük təşkil edəcək"."Mastercard" da Azərbaycanda açıq bankçılığın maliyyə ekosisteminin inkişafında mühüm mərhələ olduğunu bildirir."Mastercard" hesab edir ki, açıq bankçılıq istehlakçılara maliyyə məlumatları üzərində daha geniş nəzarət imkanı verir və banklarla fintex şirkətlərinə daha fərdiləşdirilmiş xidmətlər yaratmağa şərait yaradır. Şirkətin mövqeyinə görə, sistemin uğurlu tətbiqi üçün güclü tənzimləmə mexanizmləri, yüksək kibertəhlükəsizlik standartları, istehlakçı etimadı və bazar iştirakçılarının texnoloji hazırlığı əsas şərtlərdir:"Mastercard Açıq Bankçılığı (Open Banking) Azərbaycanın maliyyə ekosisteminin davamlı təkamülündə mühüm bir addım kimi nəzərdən keçirir. Rəqəmsal ödənişlər, fintex həlləri və müştəri gözləntiləri inkişaf etməyə davam etdikcə, Açıq Bankçılıq daha bağlı, rahat və təhlükəsiz maliyyə təcrübələrinin təmin edilməsində əhəmiyyətli rol oynaya bilər.Açıq Bankçılığın əsas mahiyyəti, aydın razılıq və yüksək təhlükəsizlik standartlarına əsaslanaraq, istehlakçılara və bizneslərə öz maliyyə məlumatları üzərində daha böyük nəzarət imkanı verməkdir. Effektiv şəkildə tətbiq edildikdə, bu sistem maliyyə institutlarına və fintex şirkətlərinə daha fərdiləşdirilmiş xidmətlər yaratmağa, rəqəmsal maliyyə alətlərinə çıxışı yaxşılaşdırmağa və daha geniş iqtisadiyyatda innovasiyaları dəstəkləməyə kömək edə bilər."Mastercard" Azərbaycanda bank və ödənişlər sektorunun rəqəmsal transformasiyasında güclü bir dinamika görür. Biz təhlükəsiz, inklüziv və gələcəyə hazır rəqəmsal ödənişlər ekosisteminin inkişafını dəstəkləmək üçün yerli banklar, fintex şirkətləri, dövlət qurumları və digər tərəfdaşlarla sıx əməkdaşlığı davam etdiririk.Bazarda Açıq bankçılıq çərçivəsi təkmilləşməyə davam etdikcə, "Mastercard" yerli ekosistem iştirakçıları ilə əməkdaşlıq imkanlarını araşdırmağa hazırdır. Bu cür istənilən əməkdaşlıq bazarın ehtiyacları, tənzimləyici islahatlar, istehlakçı etibarı və maliyyə ekosisteminin hazırlığı ilə idarə olunacaqdır."Mastercard" üçün Açıq Bankçılığın uzunmüddətli dəyəri təkcə texnologiyada deyil, həm də innovasiya, təhlükəsizlik və istifadəçi seçiminin vəhdət təşkil etdiyi etibarlı bir mühitin qurulmasındadır".Kibertəhlükəsizlik və məlumatların qorunmasıAMB-nin qiymətləndirməsinə görə, açıq bankçılıq modeli ilə bağlı əsas risklər məlumat təhlükəsizliyi, kibertəhlükələr, hüquqi uyğunluq problemləri və istifadəçi etimadının qorunması ilə bağlıdır. Bu səbəbdən güclü nəzarət mexanizmlərinin və təhlükəsizlik standartlarının tətbiqi xüsusi əhəmiyyət daşıyır. AMB sədrinin müavini Vüsal Xəlilov bildirib ki, kibertəhlükəsizlik istiqamətində artıq mövcud qaydalar və nəzarət mexanizmləri fəaliyyət göstərir. Eyni zamanda, açıq bankçılıq çərçivəsində ödənişlərin lokal infrastruktur üzərindən həyata keçirilməsi maliyyə məlumatlarının ölkə xaricinə çıxmaması baxımından mühüm üstünlük hesab olunur.40 min manatlıq limit və gələcək perspektiv

Hazırda Azərbaycanda “Açıq bankçılıq” üzrə maksimum köçürmə limitinin 40 min manat olması nəzərdə tutulur. Bununla yanaşı, ilin sonuna qədər bir neçə iri bankın hüquqi şəxslər üçün də sistemə qoşulması planlaşdırılır. Ekspertlər hesab edirlər ki, növbəti mərhələdə açıq bankçılıq rəqəmsal kreditləşməni sürətləndirə, kiçik və orta biznesin maliyyəyə çıxış imkanlarını genişləndirə, nağdsız ödənişlərin həcmini artıra və bank sektorunda xidmət keyfiyyətini daha da yüksəldə bilər.

Seçilən
43
metbuat.az

1Mənbələr