AZ

Ağdamda üç min ailəyə qurban payları çatdırılıb

Ağdamda üç min ailəyə qurban payları çatdırılıb.

"Report"un Qarabağ bürosunun məlumatına görə, bayram münasibətilə Ağdam rayonunda dörd iribuynuzlu, 140 xırdabuynuzlu heyvan kəsilib.

Seçilmiş heyvanlar rayonun İmamqulubəyli kəndi ərazisindəki kəsim məntəqəsində kəsilib. Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları kəsimə nəzarət ediblər. Kəsilən heyvanlardan nümunələr götürülərək laboratoriyalarda yoxlanılıb.

Qeyd edək ki, qurban payları Ağdam rayonu üzrə üç minə yaxın aztəminatlı və imtiyazlı ailələrə verilib.

Seçilən
42
far.az

1Mənbələr