“Şamaxı”dan ayrılan Rüfət Abbasovun karyerasını “Neftçi”də davam etdirəcəyi dəqiqləşib.
Bizim.Media xəbər verir ki, U-21 millimizin müdafiəçisi “ağ-qaralar”la müqavilənin bütün detallarını razılaşdırıb. 21 yaşlı sol cinah oyunçusu paytaxt təmsilçisi ilə 3 illik sözləşməyə qol çəkəcək.
Abbasovun “Neftçi”dəki məvacibi də artıq məlumdur. Futbolçunun illik maaşı 250 min manat təşkil edəcək.
Qeyd edək ki, “Neftçi”nin yetirməsi olan Rüfət 2024-cü ildə bu klubdan “Şamaxı”ya keçib.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta