ain.az xəbər verir, Lent az saytına əsaslanaraq.
Bakı şəhəri, Lökbatan-Güzdək yolunun 2.2-ci km-də bərpa işlərinə başlanılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Lent.az-a bildirilib ki, ərazidə rahat gediş-gəlişin təmin olunması üçün müvəqqəti alternativ yol salınır.
Daha sonra sel sularının qəzalı vəziyyətə saldığı suötürücü qurğu söküləcək.
Paralel olaraq ərazidə yeni körpünün layihələndirilməsi işləri görüləcək.
Tikinti-bərpa işləri Azərbaycan Respublikası Prezidentinin sərəncamına uyğun olaraq aparılır.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.