AZ

D vitamini ilə bağlı bütün suallara cavab

"2 yaşına qədər olan uşaqlara yayda D vitamini vermək olar".
 
Azreform.info xəbər verir ki, bunu pediatr Aytən İsmayılzadə deyib. O bildirib ki, vitaminin keyfiyyəti onun qiymətindən asılı deyil.
 
"2 yaşdan yuxarı xüsusi şikayəti olmadan D vitamini yoxlatdırmıram və təyin etmirəm.
D vitamininin yağda və ya spirt məhlulu olmasının fərqi yoxdur. Hər iki forma ağzı bağlı saxlanılmalıdır.
 
Yay günlərində D vitamini qazanmaq üçün ilk günlərdən qaralmamaq lazımdır. 
 
D vitamini analizi və D vitamini təhlili çox geniş yayılıb. Xüsusi xəstəlil halı və ya sağlamlıq problemi yoxdursa, heç birinə ehtiyac yoxdur. 
D vitamini uşağın ilk həftəsindən verilə bilər. 
Ana özü D vitamini qəbul edərsə, körpəyə də verilərsə, bu, artıq doza yaratmaz. Çünki bu vitamin ana südü ilə çox az səviyyədə keçir.
 
Çox tərləmə çox vaxt D vitamini azlığı ilə bağlı deyil".
 
Həkimin sözlərinə görə, D vitamini azlığı kalsium azlığına gətirib çıxarır:
 
"Bir çox problemlərin səbəbi isə kalsium azlığı olur. Ona görə kalsiumla zəngin qidaları qəbul etmək vacibdir.
 
Qida rasionunda kalsium səviyyəsini boş buraxıb D vitamini dozasını artırmaq mənasızdır.
 
İki yaşa kimi raxit inkişaf etməsin deyə D vitamini təyin olunur, amma elə körpələr də var ki, D vitamini almasa da, sağlam böyüyür.
 
Ananın hamiləlik zamanı günəşlənməsi, D vitamini qəbulu və süd vermə dövründə kalsium və s. minerallarla zəngin qidalanması uşağa birbaşa təsir edir.
 
Qışda D vitamini səviyyəsinin aşağı olması normaldır.
Qışda bu vitamini qaldırmağa çalışmaq istixanada pomidor yetişdirmək kimidir.
 
Yay günlərində günəş şüalarından yararlanın və SPF kremlər istifadə etməyin", - deyə o əlavə edib.
 
Billurə
 
Seçilən
29
2
azreform.info

3Mənbələr