AZ

Papa Ukraynada müharibənin şiddətlənməsindən narahatdır

Bizimyol saytından alınan məlumata görə, ain.az bildirir.

Papa XIV Leo Ukraynada son günlər hərbi əməliyyatların intensivləşməsinin ciddi narahatlıq doğurduğunu bildirib.

Bizimyol.info xəbər verir ki, Pontifik ümumi audensiyadan sonra etdiyi çıxışda son hücumlar nəticəsində zərər çəkənlərə, xüsusilə mülki şəxslərə başsağlığı verib.

“Silahlı münaqişələr problemləri həll etmir və təhlükəsizliyi möhkəmləndirmir”, – deyə Papa vurğulayıb.

Qeyd edək ki, mayın 22-nə keçən gecə Luqansk vilayətində yerləşən Starobelsk Pedaqoji Kollecinin yataqxana və tədris binasına hücum edildiyi bildirilib. Hadisə nəticəsində 21 tələbə həlak olub, 40-dan çox insan yaralanıb.

Rusiya Xarici İşlər Nazirliyi isə mayın 25-də Ukraynanın hərəkətlərinə cavab olaraq Rusiya ordusunun Kiyevdə hərbi-sənaye obyektlərinə sistemli zərbələr endirməyə başladığını açıqlayıb.

Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
46
icma.az

1Mənbələr