AZ

Zelenski Azərbaycan Prezidentini təbrik etdi

BAKI, 27 may. TELEQRAF

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Sizi və Azərbaycan xalqını ölkənizin Müstəqillik

Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Azərbaycan ildən-ilə regional və beynəlxalq proseslərdə öz rolunu və nüfuzunu artıraraq
energetika, logistika və iqtisadiyyat sahələrində regional əməkdaşlığın mühüm iştirakçısı kimi
dinamik inkişafını nümayiş etdirir.

Ukrayna ölkələrimiz arasında münasibətlərin strateji xarakterini və Azərbaycanın dövlətimizə,
eləcə də Ukrayna xalqına bu son dərəcə çətin dövrdə göstərdiyi ardıcıl dəstəyi yüksək
qiymətləndirir.

Ukraynaya göstərilən humanitar və enerji yardımı, İrpen şəhərinin bərpasında iştirak,
həmçinin ukraynalı uşaqların reabilitasiyası və sağlamlaşdırılması proqramlarının həyata
keçirilməsi üçün Sizə xüsusi minnətdarlığımı bildirirəm. Bu addımlar dövlətlərimiz arasında
həqiqi həmrəyliyin və qarşılıqlı hörmətin təzahürüdür.

Ukrayna beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində dövlətlərin suverenliyini,
müstəqilliyini və ərazi bütövlüyünü dəyişməz şəkildə dəstəkləyir. Əminəm ki, bu prinsiplərə
sadiqlik bundan sonra da Qara dəniz-Xəzər regionunda sabitliyin və təhlükəsizliyin əsası
olaraq qalacaq.

Əminəm ki, Ukrayna ilə Azərbaycan arasında energetika, logistika, nəqliyyat əlaqələrinin,
infrastruktur və təhlükəsizlik sahələrində əməkdaşlığın daha da inkişafı üçün böyük potensial
mövcuddur. Qlobal enerji və logistika marşrutlarının transformasiyası şəraitində
dövlətlərimizin regional qarşılıqlı əlaqələrin təmin edilməsindəki rolu və dayanıqlılığı daha da
artacaq. İnanıram ki, Ukrayna-Azərbaycan strateji tərəfdaşlığı dövlətlərimizin və xalqlarımızın
maraqları naminə bundan sonra da möhkəmlənəcək.

Hörmətli cənab Prezident, Sizə möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə uğurlar
arzulayıram.

Dərin hörmətlə,

Volodimir Zelenski

Ukraynanın Prezidenti

Seçilən
19
28
teleqraf.com

10Mənbələr