AZ

Mahirin qolu “Nürnberq”ə 3 xal qazandırdı

futbolpress-az saytına istinadən ain.az xəbər verir.

Almaniya II Bundesliqasında XXIX turun oyunları keçirilir.

Futbolpress.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi “Nürnberq” səfərdə “Kayzerslautern”i məğlub edib.

Matça start heyətində başlayan Mahir komandasının ikinci qolunun müəllifi olub. O, 68-ci dəqiqədə Julian Justvanla əvəzlənib.

Aktivində 44 xalı olan “Nürnberq” turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

Almaniya II Bundesliqası

XXIX Tur

12 aprel

Kayzerslautern – Nürnberq 1:2

Qollar: M.Ritter, 72 (pen.) – F.Qruber, 14, M.Emreli, 68

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
50
futbolpress.az

1Mənbələr