AZ

Trampdan İranla bağlı mesaj

ABŞ Prezidenti Donald Tramp İranın nüvə proqramı ilə bağlı açıqlaması ilə diqqət çəkib.Metbuat.az xəbər verir ki, Tramp çıxışı zamanı İranın zənginləşdirilmiş uranı Rusiya və ya Çinə göndərməsi ehtimalına münasibət bildirib. ABŞ lideri bunun onun üçün məqbul variant olmadığını vurğulayıb. “Bu, məni qane edəcək bir şey deyil”, – deyə Tramp jurnalistlərin sualını cavablandırarkən bildirib.

Qeyd edək ki, Tramp daha əvvəl də Vaşinqtonun zənginləşdirilmiş urandan imtina qarşılığında İrana tətbiq olunan sanksiyaları yumşaltmaq niyyətində olmadığını açıqlamışdı.

Seçilən
135
metbuat.az

1Mənbələr